"Anadolu Qartalı - 2025" beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir
Bu il Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2025" beynəlxalq təlimində ümumilikdə 75 hərbi təyyarə iştirak edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələrinin (THQ) əməkdaşı Fetek Karakuş təlimlə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təlimə THQ-nin 45, digər ölkələrin isə 30 hərbi təyyarəsi qatılıb:
"Azərbaycan isə iki "SU-25" təyyarəsi ilə təlimdə iştirak edir".
Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.
Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.
Oxşar xəbərlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNAT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə yeni müdir təyinatı olub. BAKU.WS "Bizim.Media"ya istinadən xəbər verir ki, D...