Amina Mohammed WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür etdi

Amina Mohammed WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür etdi
Siyasət 21

"13-cü Ümumdünya Şəhərsalma Forumuna burada, Bakıda ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə və xalqına göstərdikləri fövqəladə səxavət və liderliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm".

BAKU.WS xəbər verir ki, bu sözləri WUF13-ün rəsmi bağlanış mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Mohammed deyib.

Amina Mohammed çıxışında onu da bildirib ki, Azərbaycan şəhərsalmanı qlobal səviyyədə önə çıxararaq həm tarixi irsi qoruyur, həm də müasir çağırışlara cavab verən yanaşmalar tətbiq edir.

Onun sözlərinə görə, ölkədə yeni icmaların inkişafı sülhün möhkəmləndirilməsinə və sosial-iqtisadi tərəqqiyə töhfə verir.

BMT rəsmisi həmçinin Bakını dünyanın ən qədim və fasiləsiz məskunlaşmış şəhərlərindən biri kimi qeyd edərək, burada aparılan şəhər yenilənməsi proseslərini yüksək qiymətləndirib.

O əlavə edib ki, iqlim dəyişikliyi və digər qlobal təzyiqlər fonunda keçirilən müzakirələr şəhərlərin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.

Sonda Amina Mohammed forumun təşkilatçılarına və bütün tərəfdaşlara göstərdikləri peşəkarlıq və sədaqətə görə təşəkkür edib.

Son xəbərlər