AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü vəfat edib.
BAKU.WS xəbər verir ki, Yusif Şükürlü 2014-cü il 16 oktyabr tarixində AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinə direktor təyin olunub və bu vəzifədə çalışdığı müddətdə mərkəzin elmi və təşkilati inkişafına mühüm töhfələr verib.
O, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, eyni zamanda Şəki Regional Elmi Mərkəzdə əmək fəaliyyətinə laborant kimi başlayıb.
1976-cı ildən kiçik elmi işçi kimi fəaliyyət göstərmiş, 1977-ci ildə AMEA-nın Radiasiya Problemləri İnstitutuna köçürülərək 1987-ci ilə qədər burada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987–1990-cı illərdə baş elmi işçi olub.
Yusif Şükürlü "Fibroinin molekulyar və ifratmolekulyar quruluşuna selenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən etibarən Şəki Regional Elmi Mərkəzdə fəaliyyətini davam etdirən Yusif Şükürlü uzun illər "Biofizika" laboratoriyasına (indiki Ekoloji biofizika şöbəsi) rəhbərlik etmiş, 2025-ci ilə qədər bu sahədə səmərəli elmi-tədqiqat işi aparıb.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...