Almatıda TDT-yə üzv dövlətlərin nümayəndələri COP29 çərçivəsində təşəbbüsləri müzakirə ediblər - FOTO

Almatıda TDT-yə üzv dövlətlərin nümayəndələri COP29 çərçivəsində təşəbbüsləri müzakirə ediblər - FOTO
Foto
Siyasət 22

Almatıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin gələcək qeyri-rəsmi sammitinin gündəliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası (COP29) çərçivəsində birgə tədbirlər üzv ölkələrin prezidentlərinin diplomatik müşavirlərinin (köməkçilərinin) ikinci görüşü zamanı müzakirə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik. Şuşada keçiriləcək qeyri-rəsmi sammitin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Son xəbərlər