Almaniya səfiri: Şuşanın yenidənqurma proqramından təsirləndim
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycanın Almaniyadakı Ralf Horlemannı məcburi köçkünlərin Şuşaya qaytarılması barədə məlumatlandırıb.
“Report” xəbər verir ki, bu barədə almaniyalı diplomat sosial şəbəkədə bildirib.
“Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov ilə səmərəli görüş keçirdim və inkişaf səyləri, habelə Şuşanın məcburi köçkün icmasının geri qayıtması haqqında çox şey öyrəndim”, – səfir qeyd edib.
Şuşadakı yenidənqurma proqramının gedişindən təsirləndiyini vurğulayan Horlemann şəhərə gəlişinin sonuncu olmadığına işarə edib:
“Şuşaya həqiqətən aşiq oldum, yenidənqurma proqramının gedişindən çox təsirləndim. Yenə gələcəyəm!”.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...