Almaniya NATO planını həyata keçirməkdən imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya hökuməti NATO-nun müdafiə xərcləri ilə bağlı planının yerinə yetirilməsi üzrə hüquqi öhdəlikləri üzərində götürməkdən imtina edib.
“Report”un xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, büdcənin maliyyələşdirilməsi haqqında qanun layihəsindən təcili olaraq hərbi ehtiyaclar üçün ümumi daxili məhsulun (ÜDM) illik 2%-nin ayrılması bəndi çıxarılıb.
Bu dəyişiklik o deməkdir ki, Berlin 1 il əvəzinə 5 il ərzində müvafiq məbləğdə vəsait xərcləmək üzrə cari öhdəliyinə diqqət ayırmağa davam edə biləcək.
Oxşar xəbərlər
KİV: İspaniya NATO-nun silah alış planını bloklamaqla hədələyib
İspaniya hakimiyyəti yaxın aylarda silah sistemləri, sursat və müdafiə avadanlığının alınması üçün 1 milyard avroya qədər vəsaitin istifadəsini nəzərdə tutan NA...