Almaniya Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə hazırdır
17
may
2024
23:00
Almaniyanın xarici işlər naziri Annalena Barbok ölkəsinin Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var. Annalena Barbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, - Almaniya Xarici İşlər Nazirliyinin “X”də (keçmiş “Twitter”) dərc etdiyi bəyanatda deyilir.
“Dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir”, - Almaniya Xarici İşlər Nazirliyi vurğulayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...