Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər zamanı A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.
Sentyabr 17-də isə QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək.
A.Paşazadənin həmçinin, sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxışı gözlənilir.
Qeyd edilib ki, nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu "Dinlərin dialoqu – gələcək naminə sinerji"dir.
Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.
Oxşar xəbərlər
"Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir"
Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının...