Alişan qardaşı qızlarına 30 milyonluq ev alıb? - AÇIQLAMA - FOTO

Alişan qardaşı qızlarına 30 milyonluq ev alıb? - AÇIQLAMA - FOTO
Siyasət 341

Türkiyə mətbuatında müğənni Alişanın mərhum qardaşı Selçuk Tektaşın övladlarına bahalı ev bağışlaması ilə bağlı xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, sənətçinin Ulus bölgəsində qardaşı qızları üçün 30 milyon lirəyə (təxminən 2 milyon 622 000 AZN) ev aldığı bildirilib.

Alişan "TV8"də yayımlanan "Müge ve Gülşen'le 2. Sayfa" proqramına zəng edərək yayılan xəbərlərə münasibət bildirib. İfaçı bunların şayiə olduğunu açıqlayıb:

"Mənim danışmadığım, doğru olmayan xəbərləri dərc edirlər. Bu cür informasiyaları təkzib etməkdən yoruldum. Bu xəbərlər necə, haradan çıxır onu da bilmirəm. Qardaşımın həyat yoldaşı hələ də o yaşayırmış kimi eyni evdə uşaqları ilə qalır. Belə informasiyalar qəsdən yayılr. Göstərsinlər görüm, haradadır o mənzil?"

Xatırladaq ki, Alişanın qardaşı Selçuk Tektaş 2021-ci ilin iyulunda koronavirusdan vəfat edib. Onun iki qız övladı var.

Alişan qardaşı qızlarına 30 milyonluq ev alıb? - AÇIQLAMA - FOTO

Son xəbərlər