Aleksandr Vuçiç: “Serbiyada enerji böhranı Azərbaycandan alınan mazut hesabına aradan qaldırılıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində tam xaos yaranır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Onun sözlərinə görə, hazırda Serbiyada statistik səhvdən 500 ev təsərrüfatı istisna olmaqla hamının elektrik enerjisi var:
“Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə dayanıqlıdır. Bir az sakitləşə bilərik, baxmayaraq ki, tam xaos Avropanın əhəmiyyətli bir hissəsində təzəcə gəlməyə başlayır”.
Serbiya prezidenti bildirib ki, ölkədə enerji böhranı, o cümlədən Azərbaycan və İrandan alınan mazut hesabına aradan qaldırılıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...