Alasder Ross: "Orta Dəhlizin və daha geniş Xəzər enerji sisteminin əhəmiyyəti artıb"
"Mərkəzi Asiyadan Xəzər dənizi, Cənubi Qafqaz və Cənub-Şərqi Avropadan keçən Orta Dəhliz Avrasiya ilə qarşılıqlı əlaqənin strateji arteriyasına çevrilib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri "The Economist" jurnalının qlobal məsələlər üzrə redaktoru Alasder Ross Bakıda keçirlən "Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti: Enerji və infrastruktur sahəsində tərəfdaşlıqlar üçün dəhlizlərin genişləndirilməsi" mövzusundakı tədbirdə deyib.
O bildirib ki, enerji ən təcili hərəkətverici amildir:
"Avropa İttifaqının (Aİ) Rusiya qazından mərhələli şəkildə imtina etmək qərarı Orta Dəhlizin və daha geniş Xəzər enerji sisteminin əhəmiyyətini artırıb. Azərbaycan 2027-ci ilə qədər Aİ-yə qaz ixracını təxminən iki dəfə artıraraq ildə 20 milyard kubmetr səviyyəsinə çatdırmağı öhdəsinə götürüb. Eyni zamanda Qara dəniz sualtı elektrik kabeli və "Yaşıl Enerji" dəhlizi kimi layihələr Xəzər regionunun bərpaolunan enerji resursları Avropanın enerji balansına inteqrasiyasına doğru hərəkəti göstərir".
Oxşar xəbərlər
Alkis Drakinos: Orta Dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır
Orta Dəhliz boyunca ticarətin inkişafından yalnız Mərkəzi Asiya deyil, həm də Avropa faydalanır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa Yenidən...