Aktyorun 36 il sonra ortaya çıxan qızı anasına səsləndi: "Həqiqətləri danış, arxandayam" - FOTO/VİDEO

Aktyorun 36 il sonra ortaya çıxan qızı anasına səsləndi: Həqiqətləri danış, arxandayam - FOTO/VİDEO
Foto Video
Siyasət 0

Aktyor Metin Akpınarın 36 il sonra ortaya çıxan əkiz qızlarından biri Duygu Nebioğlu "Neler Oluyor Hayatta" verilişinə qonaq olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o proqram zamanı anasının ona və əkiz bacısına hamilə qalan zaman yeməyə yemək belə tapmadığını deyib.

Duyqu anasınn gerçəkləri ortaya çıxarmaması üçün şantaj olunduğunu bildirib. Bu səbəblə də efirdən göz yaşları içində anasına səslənərək hər şeyi qorxmadan danışmağa çağırıb:

"Hər şeyi unut. Nə yaşadınsa başına nə gəldisə mən həmişə sənin yanındayam. Səni heç vaxt günahlandırmıram. Hər zaman da səni mdafiə etməyə davam edəcəm. Bir təhər baş verənləri qəbul et və çıx ortaya həqiqətləri danış, arxandayam. Mənim heç kimə qarşı kin-küdurətim yoxdur".

Xatırladaq ki, Metin Akpınar hazırda ortaya çıxan qızlarının anası barədə "36 il əvvəl Antalyda bir nəfərlə bir gecəlik münasibətim olmuşdu" açıqlamasını vermişdi.

Son xəbərlər