Aktrisa övladlığa götürdüyü oğlu ilə qəzaya düşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Teatr və film aktrisası Esra Akkaya oğlu Can Alekslə avtomobil qəzası keçirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Muğlanın Bodrum bölgəsində baş verib.
Esranın idarə etdiyi avtomobil qarşıdan gələn Tolga Sözer adlı şəxsin maşını ilə toqquşub. Bu zaman maşında Esranın övladığa götürdüyü 10 yaşlı oğlu da olub.
O qəza zamanı qorxudan şok keçirib. Hadisədə yaralanan olmasa da maşın istifadəyə yararasız hala düşüb.
Aktrisa "Allah bizi qorudu. Oğlum maşında idi. Çox şükür ki, canımıza heçnə olmadı. Oğlum hələ də qorxudan əsir" deyərək yaşadığı qəza ilə bağlı açıqlama verib.
Qalereya
Oxşar xəbərlər
“Eşkiya Dünyaya Hükümdar Olmaz”ın məşhur aktyoru qəzaya düşdü - FOTO
Türkiyədə, Muğlanın Bodrum rayonunda məşhur sənətçi Olgun Şimşək yol qəzası keçirib. BAKU.WS cumhuriyet.com-a istunadən xəbər verir ki, qəza səhər saatlarında B...