AKP: "Türkiyə Rusiyanın taxıl müqaviləsi ilə bağlı qərarından təəssüflənir"
"Türkiyə Rusiyanın taxıl sazişinin həyata keçirilməsində iştirakını dayandırmasından təəssüflənir".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
"Qərarla bağlı böyük təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. Ümid edirik ki, taxıla çıxışı təmin edən Qara Dəniz Təşəbbüsü dayandırılmayacaq", - partiyanın rəsmi nümayəndəsi deyib.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb.
Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.
Oxşar xəbərlər
Ukrayna taxılı olan gəmilər Türkiyəyə bu tarixdə yola düşəcək
Ukraynadan taxıl daşıyan 16 quru yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq. BAKU.WS “Report”a istinadən xəbər verir ki, k...