Aİ səfiri: Ermənistan-Azərbaycan normallaşma prosesindəki son qərarlar sülhə töhfə verəcək
Azərbaycan və Ermənistan arasında normallaşma prosesindəki son qərarlar sülhə töhfə verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu report-a açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç deyib.
O xatırladıb edib ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edib və təqdimat mərasimi pozitiv keçib:
"Biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı gələcək proqramları müzakirə etdik. Danışıqlar pozitiv keçdi. Biz, həmçinin enerji bağlantıları, nəqliyyat, dəmir yolu, rəqəmsal transformasiyanı müzakirə etdik".
Səfir, həmçinin əlavə edib ki, danışıqlarda Azərbaycan və Ermənistan arasında normallaşma mərhələsi müzakirə edilib:
"Biz azad olunan ərazilərdə mina məsələləri barədə də danışıqlar apardıq. Azərbaycan və Ermənistan arasında son zamanlar verilən qərarları müzakirə etdik və Prezident İlham Əliyevi təbrik etdim. Düşünürəm ki, bu proseslər sülhə daha çox töhfə verəcək".
Oxşar xəbərlər
Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"
"Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı...