Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürist addımları davam edir
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
"Report"un əldə etdiyi görüntülərə görə, bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürist addımları davam edir, bu dəfə Qazax istiqamətinə gəliblər#sərhəd #avropaittifaqı #qazax #dsx #Reportaz #report #xəbərlər #xəbər pic.twitter.com/ZpHUtSRi4h
— Report.az (@reportnewsaz) February 4, 2025
Oxşar xəbərlər
Fuad Hüseynəliyev: Tramp dövründə Azərbaycan – ABŞ münasibətləri tədricən yaxşılaşacaq
Azərbaycan ABŞ üçün, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Prezident Donald Tramp dövründə Azərbayc...