Aİ missiyası təhlükəli yola qədəm qoyur

Ermənistanda yerləşdirilən Avropa İttifaqının "mülki" müşahidə missiyasının yaranma tarixçəsi barədə dəfələrlə bəhs edilib.
Lakin Avropa siyasi texnoloqları bu missiyanın xüsusiyyətlərini nə qədər çox vurğulamağa çalışırlarsa, bu, bir o qədər çox şübhə doğurur.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni videomaterialda bildirilir.
"Əgər missiya həqiqətən də mülki xarakter daşısaydı, onun xarakteri bu qədər vurğulanmaz, öz-özünə anlaşılan bir hal kimi qəbul edilərdi. Ancaq bu qədər vurğulanma dərhal ağılda müxtəlif suallar yaradır. Məsələn, missiyanın həqiqi məqsədləri və Ermənistandakı fəaliyyəti barədə ciddi suallar var. "Mülki" adlandırılmasına baxmayaraq, missiyanın tərkibində hərbi mütəxəssislərin olması müşahidə edilib ki, bu da regionda sabitliyi pozmaq və yeni gərginlik yaratmaq cəhdi kimi qiymətləndirilir", - deyə süjetdə bildirilir.
Daha ətraflı "Caliber"in yeni buraxılışında:
