Ağdərili qadının Zimbabve gözəli seçilməsi qalmaqala səbəb oldu - FOTO

Ağdərili qadının Zimbabve gözəli seçilməsi qalmaqala səbəb oldu - FOTO
Foto
Siyasət 0

Zimbabvedə keçirilən “Miss Universe Zimbabve” gözəllik yarışması qalmaqala səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, finala çıxan qaradərili xanımlar arasından ağdərili Bruk Bruk Cekson qalib olaraq birinci yeri tutub.Ona 10 000 dollar(təxminən 17000 AZN) mükafat təqdim edilib.

Ceksonun qaradərili rəqiblərini geridə qoyaraq qalib olması ölkədə narazılığa səbəb olub.

Digər yarışma iştirakçıları bunu ayrı-seçilik kimi qələmə veriblər.

İkinci və üçüncü yerləri isə Amanda Mpofu və Nokutenda Marumbwa bölüşüblər.

Bruk Bruk 22 ildən sonra ilk dəfə Zimbabveni dünyanın ən böyük gözəllik müsabiqələrindən biri olan “Miss Universe”də təmsil edəcək. Yarışma ənənəvi olaraq El Salvadorda təşkil ediləcək.

Son xəbərlər