Ağdamın Gülablı kəndində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.
BAKU.WS xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.
Qalereya
Oxşar xəbərlər
Prezidentə yazırlar: Sizinlə hər birimiz qürur duyuruq
Türkiyədən, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir. Məktublardan...