Ağalıda seçki həyəcanı: "Məntəqədə qanun pozuntusu olmayıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Milli Məclisə növbədənkənar seçki keçirilir.
BAKU.WS xəbər verir ki, Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Baku TV 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı məntəqəsindəki səsvermə prosesi ilə bağlı son məlumatları izləyicilərin diqqətinə çatdırıb.
"Ağalıda 813 nəfər seçicimiz var. Onlardan 13 nəfər ilk dəfə səs verən seçicilərdir. Daşınan qutu üçün hələ ki müraciət edən olmayıb. Məntəqədə qanun pozuntusu qeydə alınmayıb, şəffaf seçki prosesi davam edir", - deyə məntəqə sədri Allahverdi Nəcəfov bildirib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...