Ağ Ev: İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
İran Rusiyaya "Şahed" pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə görə lazımi materialları verir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Son həftələrdə Rusiya Kiyevə zərbələr endirmək üçün İranın PUA-larından istifadə edib. Rusiya ilə İran arasında hərbi tərəfdaşlıq dərinləşir. Biz, həmçinin narahatıq ki, Rusiya İranla birlikdə PUA istehsal edir", - Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün avadanlıqların tədarükü barədə məlumatlara malikdir.
Oxşar xəbərlər
Ağ Ev: Rusiya və İran arasında hərbi əməkdaşlığın artması qonşuları üçün təhlükə yaradır
Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır. BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu A...