ADNOC: COP29-un nəticələrinə əsasən “yaşıl maliyyə” sahəsində dəyişikliklərə ümid edirik
Yeniliklərdən dərhal xəbərdar olun
Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrinə əsasən “yaşıl maliyyə” sahəsində dəyişiklik görəcəyinə ümid edir.
Bu barədə BAKU.WS-ə şirkətdən məlumat verilib.
“COP29 Tərəflər Konfransının son iclasında əldə edilmiş konsensusu inkişaf etdirmək üçün bir fürsətdir. Ümid edirik ki, COP29 zamanı “yaşıl maliyyə”yə ayrılmalı olan milyardlar trilyonlara çevriləcək. Bütün bu səylər 1,5 dərəcə məqsədinə çatmağa kömək edəcək”, - şirkət nümayəndəsi bildirib.
O qeyd edib ki, COP-un 29-cu sessiyası olduqca həyəcanverici perspektivdir.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...