ADB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi ilə bağlı hazırlıq işlərinə başlayıb
Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dolları təşkil edir.
Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.
ADB layihənin icrası üçün 325 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il yanvarın 26-30-da təhlil edilib, kreditin isə 2027-ci il iyunun 17-də təsdiqlənməsi gözlənilir.
Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.
Oxşar xəbərlər
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
2020-ci ildən - Vətən müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazir...