ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

02
noy
2023
20:09
ABŞ Maliyyə Nazirliyi Rusiyanın onlarla fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilib ki, "qara siyahı"ya 30-dan çox fiziki və 200-ə yaxın hüquqi şəxs daxil edilib.
ABŞ həmçinin "Lancet" pilotsuz uçuş aparatlarının hazırlanmasında iştirak edən rus dizayneri Aleksandr Zaxarova və ailə üzvlərinə, eləcə də N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinə, o cümlədən bir sıra banklara qarşı sanksiyalar tətbiq edib.
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Belə ki, Rusiy...