ABŞ-nin sabiq səfiri Kuba casusu çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də yüksək postlarda çalışmış və eyni zamanda səfir olan Viktor Manuel Roşa məhkəmədə Kuba casusu olduğunu etiraf edib.
BAKU.WS xəbər verir ki, Roşa Fidel Kastronu “komandir”, ABŞ-ni isə “düşmən” adlandırıb.
Sabiq amerikalı diplomat Kubaya 40 ildən çox casusluq etdiyini də təsdiqləyib.
Qeyd edək ki, 73 yaşlı Roşa 1981-ci ildən başlayaraq gizli şəkildə Kuba hökumətinə məlumat ötürməkdə ittiham olunurdu. Bu müddət ərzində o, ABŞ Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasında çalışıb, 1999-2002-ci illərdə ABŞ-nin Boliviyadakı səfiri vəzifəsini icra edib.
Roşa cümə axşamı Florida ştatının Mayami şəhərindəki məhkəmədə günahkar olmadığına dair ilkin ifadəsini dəyişib.
Onun cəzası aprelin 12-də keçiriləcək iclasda müəyyənləşəcək. Bu o deməkdir ki, Kuba ilə ABŞ arasında ən səs-küylü casusluq işlərindən biri gözlənilmədən tez həll olunacaq.
Kolumbiyada anadan olan Roşa Nyu-Yorkda böyüyüb və Yale, Harvard və Corctaun kimi universitetlərdə təhsil alıb. Dövlət Departamentindən ayrıldıqdan sonra o, ABŞ ordusunun Kubaya cavabdeh olan hissəsi olan ABŞ Cənub Komandanlığında xüsusi məsləhətçi vəzifəsində çalışıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əks-kəşfiyyatlnln sabiq rəhbəri Ceyms Olson BBC-yə bildirib ki, bu hadisə Kubanın kəşfiyyat xidmətlərinin ABŞ hökumətini necə məğlub etdiyini göstərib: "Kuba kəşfiyyat xidmətinə qarşı şəxsi kin duymağımın səbəblərindən biri də onların bizə qarşı əməliyyatlarda çox uğurlu olmasıdır".
Olson Roşanın ömürlük həbs cəzasına məhkum ediləcəyini də istisna etməyib.
Qalereya
Oxşar xəbərlər
ABŞ-ın bu ştatında 16 yaşdan kiçik uşaqlara sosial şəbəkə QADAĞASI
ABŞ-da Florida ştatının Nümayəndələr Palatası 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsindən asılı olmayaraq sosial şəbəkələrdən istifadəni qadağan edə...