ABŞ-ın keçmiş səfiri: “Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpası xeyli zaman alacaq: “Bununla belə, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi çox yaxşı haldır. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq şəraitində yaşamalarını arzulayırıq”.
Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...