ABŞ ən böyük iki düşməninin adını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ üçün əsas təhlükə Çin və Rusiyadır.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn “Axios” portalına müsahibəsində bəyan edib.
“Milli müdafiə strategiyasına uyğun olaraq Amerikaya qarşı ən böyük iki təhlükə özünə bərabər rəqiblər - Çin və Rusiyadan gəlir”, - deyə Obrayn bildirib.
O, əlavə edib ki, ABŞ heç vaxt Çin kimi qüvvələri bərabər rəqiblə qarşılaşmayıb.
Obrayn öz nəticəsini Çinin siyasi sistemi, əhalisi, qlobal ambisiyaları, həmçinin dünya ticarəti və iqtisadiyyatına hakim olmaq hədəfi ilə əsaslandırıb. Onun sözlərinə görə, Çin çox ciddi qəbul edilməlidir.
“Çin də daxil olmaqla, heç kimin hərbi baxımdan bizə etiraza cəsarət etməməsi üçün kifayət qədər güclü olmalıyıq”, - deyə müşavir vurğulayıb.
Oxşar xəbərlər
İranlı general: Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi hesab edib
Təyyarənin vurulduğu yerlə 19 kilometr məsafədə yerləşən İranın Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi olaraq qiymətləndirib. BAKU.WS-in məlumatına gör...