ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”
Siyasət 26

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib:

“Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”.

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.

Son xəbərlər