ABŞ-də hava limanında konstruksiya çöküb - 3 ölü, 9 yaralı var - VİDEO

ABŞ-də hava limanında konstruksiya çöküb - 3 ölü, 9 yaralı var - VİDEO
Video
Siyasət 6

ABŞ-ın Aydaho ştatında Boise hava limanının ərazisində tikilməkdə olan polad konstruksiyanın çökməsi nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan 5-nin vəziyyəti ağırdır.

Məlumata görə, yerli vaxtla saat 17:00-da baş verən hadisədən sonra əraziyə 8 yanğınsöndürən maşın, 3 nərdivanlı yük avtomobili və 12 təcili yardım maşınıcəlb edilib.

Yanğınsöndürmə İdarəsinin Əməliyyatlar rəisi Aaron Hummel verdiyi açıqlamada yaralıların bir qismini xilas etmək üçün kranlara ehtiyac olduğunu və bunun çətin iş olduğunu deyib.

Hava limanının rəsmisi isə bildirib ki, çökən konstruksiya hava limanının üzərində olsa da Boise hava limanının layihəsinə daxil deyil.

Son xəbərlər