ABŞ-da hərbi bazaya hücum: 2 əsgər öldü

02
iyn
2020
11:43
ABŞ-ın Şimali Dakota ştatında Grand Forks Hərbi Hava Qüvvələrinin bazasına hücum edilib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, yerli vaxtla saat 04:30 radələrində baş tutan hücum zamanı 2 əsgər öldürülüb.
Hücum edən şəxsin kimliyi məlum deyil. Hazırda axtarışlar aparılır.
Qeyd edək ki, afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da kütləvi etirazlar başlayıb və insanlar bir sıra strateji yerlərə hücumlar həyata keçirirlər.
Oxşar xəbərlər
ABŞ-da mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO
ABŞ-da qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlarla nəticələnən etirazlar keçirilir. BAKU.WS RT-yə istina...
