ABŞ: “Azərbaycanla Ermənistan arasında sülh bundan sonra da məşğul olacağımız məsələdir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”.
BAKU.WS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacaq”, - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Vedant Patel qeyd edib ki, toqquşmalar davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...