ABŞ 10 illik fasilədən sonra bu ölkəyə səfir təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ 10 il sonra Venesuelaya səfir təyin edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, çərşənbə günü ABŞ senatında səsvermə nəticəsində bu posta Ceyms Stori təyin olunub.
Stori yeni vəzifəsini Kolumbiyanın paytaxtı Boqotadan həyata keçirəcək.
ABŞ-ın yeni seçilən prezidenti Co Baydeninin dövründə Ceyms Storinin səfirliyi ilə ABŞ-Venesuela diplomatik münasibətlərinin yaxşılaşacağı gözlənilir.
Xatırladaq ki, ABŞ-Venesuela münasibətləri Venesuela prezidenti Uqo Çavesin dövründə pozulmağa başlayıb. Amerika və Venesuela 2010-cu ildən qarşılıqlı olaraq səfir təyin etmirdilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....