ABŞ və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub.
Bu baxımdan tərəflər:
- müdafiə məhsullarının tədarükü daxil olmaqla, müdafiə və hərbi-texniki əməkdaşlığın miqyasını genişləndirmək;
- terrorla mübarizəyə ümumi sadiqliyi nəzərə alaraq, bu sahədə mövcud əməkdaşlığı genişləndirmək;
- kibertəhlükəsizlik sahəsində potensialın artırılması və kritik infrastrukturun qorunması məqsədilə əməkdaşlıq etmək niyyətindədir.
Sənəddə qeyd olunur ki, Cənubi Qafqaz regionunda sülh Bakı və Vaşinqtonun ümumi maraqlarına cavab verir, Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq isə hər iki ölkəyə, eləcə də bütün regiona fayda gətirir.
Xartiyada Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı da yüksək qiymətləndirilir.
"Amerika Birləşmiş Ştatları Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfəni yüksək qiymətləndirir. Bu səylər çərçivəsində Azərbaycan hərbçiləri beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə amerikalı hərbçilər və koalisiya üzrə tərəfdaşlarla çiyin-çiyinə xidmət ediblər", - sənəddə qeyd olunur.
Oxşar xəbərlər
Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri...