ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib

ABŞ Mark Libbi səfiri Gəncəyə səfər edib, Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib.
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Səfir Libby Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.

Səfir Libby Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir. pic.twitter.com/n6zVKsvZAG
— U.S. Embassy Baku (@USEmbassyBaku) December 9, 2024

Oxşar xəbərlər
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Azərbaycanla Çinin bir-birinə uğurlu tərəfdaş kimi yanaşması iki ölkənin maraqlarını geoiqtisadi müstəvidə uyğunlaşdırır. Çin və Azərbaycanın "Bir kəmər, bir yo...