Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib

Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib
Foto
Siyasət 29

Azərbaycan və ABŞ arasında enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq neft-qaz, elektrik enerjisinin ixracı-tranzit marşrutları, TRIPP və digər interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə keçirilən görüşdə olub.

"Həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi layihəsinin iştirakçısı olan "ExxonMobil" şirkəti ilə əməkdaşlığın genişlənməsi, eləcə də "SOCAR Trading"in Hyustonda çoxşaxəli fəaliyyəti nəzərdən keçirilib. ABŞ şirkətləri ilə texnologiyalar, data mərkəzi də daxil olmaqla müxtəlif istiqamətlərdə mümkün tərəfdaşlıqlar, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və enerji əməkdaşlığının əhatəli yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda, Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyası, habelə TRIPP marşrutunun enerji sahəsində də yeni ikitərəfli və regional xarakterli əməkdaşlığa təkan verdiyi vurğulanıb", - məlumatda bildirilir.

*** 10:33

Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb.

BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə görüşdə olub.

Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib

"Neft və qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə nazir qeyd edib.

Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib

Son xəbərlər