Aİ ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etdi

Aİ ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etdi
Siyasət 193

Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəliblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.

Onun sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.

Borrel Almaniyanın “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırmaq qərarını alqışlayıb.

Ali komissar qeyd edib ki, Avropa İttifaqı Rusiyanı danışıqlar masasına qaytarmaq üçün, xüsusən də BMT və ATƏT-də diplomatik səylərini davam etdirəcək.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Oxşar xəbərlər

Medvedev Avropanı qazı bahalaşdıracaqları ilə təhdid edib

Medvedev Avropanı qazı bahalaşdıracaqları ilə təhdid edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı qazın bahalaşacağı ilə təhdid edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə s...

92 Siyasət 18:14 22 fevral 2022

Son xəbərlər