Aİ-nin Azərbaycandakı səfiri təyyarə ilə Zəngilan rayonuna yola düşür - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə Zəngilan rayonuna yola düşür.
Bu barədə diplomat sosial şəbəkədə bildirib.
“Minalarla mübarizə üzrə konfransda iştirak etmək və Aİ-nin Azərbaycana dəstəyi üçün gələcək imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuram”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın ayında Zəngilan rayonunda minalarla mübarizə üzrə beynəlxalq tədbirin keçiriləcəyinin anonsunu vermişdi. Ötən gün isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva beynəlxalq konfransın mayın 30-da keçiriləcəyini təsdiqləmişdi.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...