Aİ-də koronavirusa ən çox yoluxan ölkələr hansılardır?

27
okt
2020
23:35
Avropa İttifaqında (Aİ) koronavirusa yoluxmanın ən yüksək faizi Belçikadadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, bu ölkədə son iki həftədə hər 100 min nəfərdən 1 390-da yoluxma qeydə alınıb.
Sonrakı yerləri Çex Respublikası (1 380), Lüksemburq (760), Sloveniya (732), Niderland (694) tutur.
Eyni zamanda koronavirus nəticəsində ən yüksək ölüm faizinə malik Çex Respublikasında hər 100 min nəfərə 12,3 faiz ölən düşür. İkinci yerdə qərarlaşan Belçikada bu göstərici 5,8 faizdir.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı bir gündə 76 mindən çox artıb
Aprelin 13-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 773 084 nəfərə çatıb. BAKU.WS-in məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının...