"Ordumuz qarış-qarış, addım-addım irəliləyir" - Prezidentin köməkçisi
"Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıqla çətin reylef şəraitində, çətin iqlim şəraiti və çətin hərbi istehkam şəraitində düşmənə qarşı əks hücum əməliyyatları həyata keçirirlər".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O, bu gün keçirilən brifinqdə bildirib ki, bunu hər bir Azərbaycan vətəndaşı bilir, görür və başa düşür.
"Çünki, qeyd etdiyimiz kimi, düşmən tərəfindən işğal edilən ərazilərdə 30 il ərzində dərin istehkam sistemləri qurulub. Bəzi ərazilərdə betonlaşmış bu sistemlərin hündürlüyü, uzunluğu 8-10 metrə çatır. Onların arxasında gizlənərək özlərinə əlverişli mövqe tutmağa çalışırlar. Hər birimiz bilirik ki, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərin əksəriyyəti dağlıqdır. Kifayət dərəcədə çox sayda təbii maneələr var, reylef şəraiti çox ağırdır".
PA rəsmisinin sözlərinə görə, bu, istər hərbi texnika, istərsə də canlı qüvvənin hərəkətində maneələr yaradır. Amma bu maneələrə, çətinliklərə baxmayaraq, qarış-qarış, addım-addım Azərbaycan Silahlı Qüvvələri ancaq irəlidədirlər.
"Hər birimiz bilməliyik ki, hərbçilərimiz çox çətin şəraitdə düşmənin atəş məntəqələrini susduraraq, bəzən də onların atəş altında irəliyə doğru gedirlər. Ön xətdə olduğu kimi, arxada da düşmənin resursları tükədilir. Hərbi obyektləri darmadağın edilir. Hərbi infrastrukturun da yaradılması illər tələb edir. Ermənistan onu illərlə qurub, indi isə qısa müddət ərzində sıradan çıxarılırlar. Murov istiqamətində indi qışdır. Dron çəkilişlərində də bəzi yerlərdə qar yağdığı görünür. Azərbaycanın rəşadətli oğulları 3400-3500 m yüksəklikdə düşmənə qarşı mübarizə aparırlar. Biz onlarla fəxr edirik".
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...