SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Haber Global”a danışıb.

O, çıxışında sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu törətdiyi təxribatlar, bu fonda cəbhədə baş verənlər, düşmənin yaydığı dezinformasiyalar barədə məlumat verib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa zidd davranmır. "Bizim mülkilərlə işimiz yoxdur, işimiz işğalçı qüvvələrlədir". Onun sözlərinə görə, qarşı tərəf mülki şəxsləri hədəf alır.

"Erməni hərbçilər geri çəkilsə, bölgədə sülh əldə edilər". Prezidentin köməkçisi muzdluları cəlb edən Ermənistandan fərqli olaraq Azərbaycanın hərbi əməliyyatları özünün apardığını da bildirib: "Ermənistan Azərbaycan və Türkiyəni ittiham etməyə çalışır. Dezinformasiya yayır". 

BAKU.WS
VİDEO