Hikmət Hacıyevdən Ermənistana XƏBƏRDARLIQ – “adekvat tədbirlər görüləcək”

Hikmət Hacıyevdən Ermənistana XƏBƏRDARLIQ – “adekvat tədbirlər görüləcək”
Siyasət 1547

Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olmuş, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib:

"Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır.

Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib.

Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24042 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər