İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramındakı çıxışı ilə özünü biabır edib.

BAKU.WS xəbər verir ki, canlı yayımda aydın olmayan nitqlə çıxış edən, rabitəsiz cümlələr quran Paşinyanın siyasi savadsızlığı artıq erməni əhalinin də hiddətinə səbəb olub.

Bunu canlı yayım videosuna şərh yazan ermənilərin münasibətindən də aşkar şəkildə görmək mümkündür.

Siyasi savadsızlığı ilə yanaşı ingilis və rus dillərini normal səviyyədə bilməməsini qeyd edən ermənilər Paşinyandan erməni dilində danışmasını tələb edirlər.

Bundan başqa, hazırda Paşinyana təzyiqlər edilir ki, qondarma rejimi tanısın və Qarabağla birləşsin, əks halda Paşinyan satqın hesab olunacaq.

Bəzi istifadəçilər isə qeyd ediblər ki, Paşinyanın çıxışı sanki Qarabağı Azərbaycana vermək niyyətində olması təəssüratını yaradıb.

Qeyd olunur ki, bu döyüşlərdə Qarabağı əldən versələr, tək günahkar Paşinyanın özü olacaq.

Paşinyandan NATO-ya və KTMT-yə müraciət etməsi tələb olunur.

BAKU.WS
QALEREYA