Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşüb - FOTO
 
                            
                            
                                30
                                sen
                            
                                2020
                                13:01
                            
                            Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə "report" əməkdaşı xəbər verib.
Sentyabın 30-u səhər saatlarında düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki mənzilə düşüb. Nəticədə evə ziyan dəyib.
Ev sahibi Tofiq Ağayev "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı evdə olub:
"Biz digər otaqda televizora baxırdıq. Birdən yataq otağından mərmi səsi gəldi. Allaha şükür ki, xəsarət alan yoxdur".

Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    