Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirlərinə müraciət edib

Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirlərinə müraciət edib
Siyasət 734

“Dünən axşam saatlarında Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə videokonfrans formatında müşavirə keçirildi”.

BAKU.WS xəbər verir ki, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, diplomatlarımıza operativ şəkildə beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə tapşırıq verilib: “İyul təxribatları zamanı gördük ki, xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatlar törədilib, hücumlar olub. Bu gün də xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsini rica edirik”.

Son xəbərlər