SİZİN REKLAM BURADA!
055 213 76 73


Hərbi ekspert İqor Korotçenko Twitter-də şəxsi hesabında Ermənistan baş naziri Nikol Paşinyanın ikiüzlü olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, ekspert siyasətçinin Ermənistanda ruslarla bağlı hər şeyə qadağa qoyduğunu xatırladır. Ancaq ehtiyac yarananda isə Paşinyan Putinə zəng edir və kömək haqqında xahiş edir. 

Ekspert erməni siyasətçisinin Rusiya telekanallarının yayımını ölkə daxilində dayandırdığına vurğu edir. Rusiyayönümlü güclərin təmizləməsi siyasətini aparan Paşinyan Sorosun tərəfdarlarını vəzifəyə gətirir. "Sonra Kremlə zəng edir: "Putin, kömək et!" - Korotçenko qeyd edib.

Şərhlərdə isə sosial şəbəkə istifadəçiləri ekspertin fikirlərini dəstəkləyib. Bildirilir ki, Paşinyanın bu siyasəti ölkəni uçuruma aparır.

BAKU.WS