SİZİN REKLAM BURADA!
055 213 76 73


AMEA-nın şöbə müdiri, professor Əbülhəsən Abbasov bu qurumun prezidenti Ramiz Mehdiyev haqqında şok faktları açıqlayıb.

BAKU.WS “yenisabah.az”a istinadən xəbər verir ki, o, AMEA prezidentini öz şəxsi bioqrafiyasını saxtalaşdırmaqda və savadsızlıqda ittiham edib:

“Dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib.

Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işi yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı.

PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev fəlsəfə elmləri üzrə doktorluq adını aldı.

Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.

BAKU.WS