SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) BAKU.WS-ə verilən məlumata görə, bunu Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Aksel Fişer Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftənin şənbə günündən etibarən yaranan gərginliklə əlaqədar açıqlamasında deyib.

O, qeyd edib: "Mən dərin təəssüf hissi ilə Azərbaycan və Ermənistan arasında hərbi zorakılığın artmasından çox narahatam. Avropa Şurasının üzvləri arasında hərbi münaqişinin aparılması təşkilat daxilində təməl prinsip olan qarşılıqlı əməkdaşlıq ruhuna ziddir".

A.Fişer qeyd edib ki, mövcud münaqişələr sülh yolu ilə həll edilməlidir: "Buna görə də mən hərbi qarşıdurmaların dərhal dayandırılmasına və atəşkəs razılaşmasına hörmətlə yanaşmağa çağırıram. Mən şəhid olmuş ailələrin dərdinə şərik çıxıram. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".
 
BAKU.WS