Ermənilərin girov saxladığı Dilqəm Əsgərovun oğlu: "Atamdan 3 ildi nə şəkil gəlir, nə video"

Ermənilərin girov saxladığı Dilqəm Əsgərovun oğlu: Atamdan 3 ildi nə şəkil gəlir, nə video
Siyasət 269

"Artıq 3 ildir atamdan nə şəkil gəlir, nə video".

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə atasından aprel ayının 20-si məktub alıb.

"Atam məktubda iki-üç cümlə yazıb. "Hələ ki sağam, salamatam". Əslində isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 3 ayda bir dəqiqəlik video və şəkil gəlməlidir. Ayda bir dəfə isə məktub almalıyam. Lakin bunların heç biri yoxdur" - deyə K.Əsgərov bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyun ayının 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyevlə Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər.

Həmin gün Şaplar kəndində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24047 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər