Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının nə vaxt keçiriləcəyi müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.
Komitə iclaslarının keçirilməsinə isə sentyabrın 15-dən başlanılacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
