Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır - Saat 10:00-13:00-dək
21
iyl
2020
14:19
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-dan 13:00-dək sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyətli qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.
Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...